525.Az

Qriqorçuk: “Bu gün, sabah bizim üçün bayramdır”


 

Qriqorçuk: “Bu gün, sabah bizim üçün bayramdır”<b style="color:red"></b>

"Rəşad mətbuat konfransındadır, çünki yolu tanıdığı üçün bizi gətirdi (gülür), O, burada olmalı adamdır. Rəşad daha əvvəl bu stadionda olub".

Qol.Az-ın Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda səfərdə "Borussiya" (Dortmund) ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis hər hansı bir uğurlu əlamətə inanmadığını qeyd edib: “Mən futbolda hansısa əlamətə inanmıram. Ümumiyyətlə, futbolda belə hallara yer yoxdur. Hardasa hansısa təsadüf ola bilər. Mən həyatda Allaha inanıram. Bundan başqa, kiməsə pislik etməməyə, düzgün həyat tərzi sürməyə çalışmışam”.

R. Qriqorçuk komandanın psixoloji durumu barədə danışıb:
 
“Biz son turlar çempionatda uğursuz çıxış edirik. Onsuz da bunu hamı bilir. Son 3 matçda 7 xal itirmişik. Uduzduğumuz oyunlarda belə yaxşı təsir bağışlamışıq. Psixoloji baxımdan komandada heç bir problem yoxdur. Bu gün, sabah bizim üçün bayramdır. Meydana çıxıb, öz oyunumuzu göstərəcəyik”.

“Qəbələ”nin baş məşqçisi sabahkı matçda komandasına inandığını bildirib:

“Krasnodar”la oyunda məğlubiyyətə layiq deyildik. Səfərdən daha yaxşı nəticə ilə qayıda bilərik. “Borussiya” ilə matça yaxşı başladıq. Hətta Avropa nəhənginə qalib gəlmək şansımız da var idi. Yekunda uduzduq. Mən demirəm ki, bizim komandamızda hər şey əla vəziyyətdədi. Mən bizim üçün bayramdır deyəndə nəzərdə tutmuram ki, əlimizi yanımıza salıb dayanmalıyıq. Düşünürəm ki, sabah bütün futbolçuların ən yaxşı oyunlarını göstərəcəklər”.  

Ukraynalı mütəxəssis Bakıda het-trik edən Obemeyanqdan söz açıb: “Obameyanq hazırda əla formadadı. O, unikal idmançıdı. Hazırki durumda o, idman elmi üçün öyrəniləsi fenomendi. Obemeyanq çox ciddi fiqurdu. Ona qarşı təbii ki, hazırlıq görəcəyik. Çətin olsa da, istəyimizin alınacağına inanırıq”.

Qriqorçuk qeyd edib ki, “Borussiya”ya qarşı müdafiə olunmaqla nəticə qazanmaq mümkün deyil: “Sabahkı matçda uğur qazanmaq üçün ilk növbədə rəqibi neytrallaşdırmalıyıq. Burada müdafiəyə yox, hücuma daha çox önəm verəcəyik. Müdafiə olunmaqla, “Borussiya”dan xal almaq utopiyadır”.

 





05.11.2015    çap et  çap et