525.Az

Dini Komitə təkzib etdi


 

Dini Komitə təkzib etdi<b style="color:red"></b>

Özünü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində çalışan kimi təqdim edən şəxs İrşad Hüseynov bizim işçimiz deyil.

Trend-in məlumatına görə, bu fikirlər Dövlət Komitəsinin yaydığı məlumatda öz əksini tapıb. Qurum bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində sözügedən vəzifə ştatı ümumiyyətlə mövcud deyil. Dövlət Komitəsinin Aparatında, həmçinin, bölgə şöbələrində İrşad Hüseynov adlı şəxs çalışmır.

Qeyd edək ki, ötən gün bəzi elektron xəbər portallarında Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşadığını və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsul katib vəzifəsində çalışdığını iddia edən şəxs İrşad Hüseynov barəsində bəzi məlumatlar dərc edilib.

 





05.11.2015    çap et  çap et