525.Az

Cənub Qaz Dəhlizi üzrə Azərbaycan qazı Türkiyəyə 2018-ci ilin iyununda çatacaq


 

Cənub Qaz Dəhlizi üzrə Azərbaycan qazı Türkiyəyə 2018-ci ilin iyununda çatacaq<b style="color:red"></b>

Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda çatacaq.
 
Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, TANAP-ın tikintisi üzrə işlər tam sürətlə gedir:
 
"TANAP layihəsinin əsaslı xərcləri 9,5 milyard dollar təşkil edir. Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda, həmin dəhliz üzrə isə Avropaya 2020-ci ilin əvvəlində çatacaq".

 





05.11.2015    çap et  çap et