525.Az

"Diaqnostik qiymətləndirilmənin nəticələri noyabrın sonunda rəsmiləşəcək”


 

"Diaqnostik qiymətləndirilmənin nəticələri noyabrın sonunda rəsmiləşəcək”<b style="color:red"></b> “Baklıda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri noyabrın sonunda rəsmiləşəcək. Nəticələr rəsmiləşəndən sonra diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqları yeni sistemlə hesablanacaq”.
 
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
 
Nazir müavini bildirib ki, nəticələr artıq məktəblərə göndərilib.
 
Onun sözlərinə görə, bu ilin noyabr və dekabr aylarında 3 şəhərdə, 9 rayonda keçiriləcək diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin əmək haqları isə gələn ilin yanvar ayından artırılacaq.
 





05.11.2015    çap et  çap et