525.Az

Akşin Mehdiyev İslam Əməkdaşlıq Təşkilatının daimi müşahidəçisi təyin olundu


 

Akşin Mehdiyev İslam Əməkdaşlıq Təşkilatının daimi müşahidəçisi təyin olundu<b style="color:red"></b> Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə Xüsusi Tapşırıqlar üzrə səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, dünən İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir A.Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına cari ilin 1 dekabrından etibarən başlayacağı bildirilir.
 
Səfir A.Mehdiyev 2001-2006-cı illərdə Azərbaycanın Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.
 
Qeyd edək ki, bundan öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi Arif Məmmədov olub.
 





05.11.2015    çap et  çap et