525.Az

Həsənov Qazaxıstanın baş naziri ilə bir arada


 

Həsənov Qazaxıstanın baş naziri ilə bir arada<b style="color:red"></b> Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində noyabrın 5-də bu ölkənin baş naziri Kərim Məsimov ilə görüşüb.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Eyni zamanda iki ölkənin müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.
 





05.11.2015    çap et  çap et