|
|
|
|
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun Fransaya işgüzar səfəri davam edir.
Təhsil Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Mikayıl Cabbarov UNESCO-nun baş direktorunun müavini Qian Tanq ilə görüş keçirilib.
Mikayıl Cabbarov Azərbaycan- UNESCO əlaqələrinin müsbət istiqamətdə inkişafı və bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu vurğulayıb.
Nazir ölkə Prezidenti tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində aparılan islahatlar haqqında məlumat verib.
Görüşdə Azərbaycan ilə UNESCO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi müzakirə olunub. Təhsil naziri Mikayıl Cabbarov UNESCO-nun baş direktorunun müavini Qian Tanqı ölkəmizə səfərə dəvət edib.
Daha sonra nazir Fransanın Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Elm və Sənaye Muzeyinə baş çəkib, elmin təbliği məqsədilə təşkil edilən sərgilərlə tanış olub.
Vəfa MƏMMƏDLİ