525.Az

Xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün proqramlar təsdiq olunub


 

Xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün proqramlar təsdiq olunub<b style="color:red"></b>

2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ayrı-ayrı ali təhsil müəssisələrini təmsil edən mütəxəssislərin iştirak etdikləri seminarda 2016-2017-ci tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün proqramların layihəsi ilə bağlı müzakirələr davam etdirilib.

Çıxış edən mütəxəssislər layihə barədə, habelə ali təhsil müəssisələrində xarici dillərin tədrisi sahəsində mövcud vəziyyətlə əlaqədar fikirlərini bildirib, təkliflər verilib. Seminarda növbəti tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün proqramlar dəyişikliklər və redaktə xarakterli düzəlişlər edilməklə qəbul olunub. Proqramlar "Magistr" jurnalında dərc ediləcək.

Vəfa MƏMMƏDLİ

 





05.11.2015    çap et  çap et