525.Az

Amerikalı professor Tibb Universitetində mühazirə oxuyub


 

Amerikalı professor Tibb Universitetində mühazirə oxuyub<b style="color:red"></b>

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən maliyyələşdirilən "Fulbright mütəxəssis proqramı" çərçivəsində hemotoloq-onkoloq, professor Alva Boven Veirin Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ilk mühazirəsi baş tutub.

Universitetdən verilən məlumata görə, mühazirədən öncə Klinikanın direktoru professor Surxay Musayevlə görüşən qonaq pasientlərin müasir şərtlər daxilində müalicə alması üçün yaradılan şəraitdən məmnun qaldığını bildirib.
 
Professor Surxay Musayev də öz növbəsində Alva Boven Veirin ölkəmizə səfərini yüksək qiymətləndirib. Klinikanın mövcud geniş imkanlarından söz açıb. Yaxın zamanda sümük iliyi transplantasiyasına başlanılacağını diqqətə çatdırıb. Bu məqsədlə kadrların hazırlandığını söyləyib. Klinikanın şöbələri haqqında qonağa ətraflı məlumat verib.

Hemotoloq-onkoloq Alva Boven Veir daha sonra Tibb Universitetinin həkim rezidentləri və tələbələri qarşısında "Qan hüceyrələrinin artması" mövzusunda mühazirə ilə çıxış edib, qanda eritrositlərin və trombositlərin artma səbəblərindən danışıb. Sonda həkim rezident və tələbələrin dünya təcrübəsində mövcud olan müasir müalicə üsulları ilə bağlı sualları cavablandırıb. Mühazirənin ardından amerikalı qonaq Tədris Terapevtik Klinikanın Hemotologiya şöbəsində olub, müalicə alan xəstələrlə yaxından maraqlanıb.

Klinikanın həkimi, Hemotologiya şöbəsinin müdiri Valeh Hüseynov amerikalı professorla birlikdə pasientlərin müalicəsinin bundan sonrakı gedişatını müzakirə edib.

Qeyd edək ki, Alva Boven Veirin Tədris Terapevtik Klinikasındakı növbəti mühazirəsi 6 noyabrda, Qanama (koaqulyasiya pozğunluqları) mövzusunda olacaq.

Vəfa MƏMMƏDLİ

 





05.11.2015    çap et  çap et