525.Az

Benzema məhkəmədə təqsirini etiraf etdi


 

Benzema məhkəmədə təqsirini etiraf etdi<b style="color:red"></b>

Fransa millisindəki komanda yoldaşı Matye Valbuenanı intim videosu ilə şantaj etməkdə təqsirli bilinən "Real"ın hücumçusu Kərim Benzema bu gün məhkəmə qarşısına çıxıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu şantaj hadisəsinin iştirakçısı olduğunu etiraf edib.

Polisin də əldə etdiyi telefon qeydlərində Benzemanın adının hallandığı bildirilib. Lakin ötən gecəni nəzarətdə keçirən fransız futbolçunun şantaj hadisəsində günahının olub-olmaması ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, daha öncə Fransa millisinin sabiq hücumçusu Cibril Sisse və daha üç futbolçu eyni səbəbdən saxlanılaraq dindirilib. Sisse qısa müddət sonra azadlığa buraxılıb. Günahkarların 5 ilədək həbs gözlədiyi bildirilir.

 





05.11.2015    çap et  çap et