525.Az

Bişkekdə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunacaq


 

Bişkekdə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunacaq<b style="color:red"></b>

Noyabrın 11-də TÜRKSOY-un, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin, Qırğızıstanın Milli Kitabxanasının və Qırğız Xalqı Assambleyasının təşəbbüsü ilə Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində görkəmli şair Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi qeyd ediləcək.
 
Tədbirə Qırğızıstan yazıçıları, ziyalıları ilə birlikdə Azərbaycandan, Türkiyədən, Qazaxıstandan qonaqlar da dəvətlidir.

Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" adlı kitabın təqdimat mərasimi keçiriləcək.

 





05.11.2015    çap et  çap et