525.Az

Kainatın yaranmasını dərk etməyə kömək edəcək qurğu


 

Kainatın yaranmasını dərk etməyə kömək edəcək qurğu<b style="color:red"></b>

Yaponiyada qravitasiya dalğaları detektorunun yerləşdiyi nəhəng yeraltı tikinti başa çatdırılıb.

Alimlər bu tikintidən qravitasiya dalğalarını müşahidə etmək üçün istifadə edəcəklər.
 
Bu dalğalar barədə Albert Eynşteyn tərəfindən məlumat verilsə də, indiyədək onun praktiki müşahidəsi aparılmayıb.

“KAQRA” adlandırılan tikinti Tokio Universiteti yanında Kosmik Şüaların Tədqiqi İnstitutunun digər institutlarla birlikdə layihəsidir. Yaponiyanın mərkəzi hissəsindəki Qifu prefekturasında dağların altında, yerin dərin qatlarında yerləşən
 
qurğu latın hərfi “L” şəklində bir-birinə birləşən 3 kilometr uzunluğunda iki borudan ibarətdir.

Əgər detektor qravitasiya dalğalarını aşkarlaya bilsə, bu, kainatın yaranmasını dərk etməyə kömək edəcək.

AzərTAc

 





06.11.2015    çap et  çap et