525.Az

“Bank Technique”ə sədr təyin edildi


 

“Bank Technique”ə sədr təyin edildi<b style="color:red"></b> “Bank Technique” ASC-nin Müşahidə Şurasının qərarı ilə, Eldar Hüseyn oğlu Cəfərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

525.az-ın fins.az-a istinadən məlumatına görə, bu barədə bankdan bildirilib.

Eldar Cəfərov 1974-cü ildə Tovuz şəhərində anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
 
O, 2009-cu ildə ABŞ-ın Bankirlər Assosiasiyasının Stonier ali bank məktəbinin məzunu olub. 1995-ci ildən Azərbaycanın bank-maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışmış E. Cəfərovun Azərbaycanın nüfuzlu bank olmayan kredit təşkilatların – “Cred Agro” və "Mol Bulak"ın yaradılmasında və idarəetməsində müstəsna rolu olub.

“Bank Technique”ə təyinat aldıqdan əvvəl Eldar Cəfərov “Mol Bulak” BOKT-ın direktoru vəzifəsini icra edib.
 





06.11.2015    çap et  çap et