Dünən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsi ilə Gənclər üçün Təhsil Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Universitetdən verilən məlumata görə, bu münasibətlə ATMU-da mərkəzin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə universitetin Biznes idarəçiliyi fakültəsinin dekanı Sənan Əliyev və Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə iki qurum arasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Eyni zamanda, müasir dövrdə Azərbaycanda vətəndaş cəmiyyəti institutları və qeyri-kommersiya qurumları üçün təlim proqramlarının və kadr potensialının formalaşdırılmasının əhəmiyyətindən söhbət açılıb, fakültənin inkişaf tarixi, gələcək hədəfləri, tədris prosesi və həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.
Sonra ATMU-nun biznes idarəçiliyi fakültəsi ilə Gənclər üçün Təhsil Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Vəfa MƏMMƏDLİ
çap et