525.Az

Misir Mərdanov yeni əmr imzalayıb


 

Misir Mərdanov yeni əmr imzalayıb<b style="color:red"></b>

Təhsil naziri Misir Mərdanov 20 yanvar faciəsinin il dönümünün qeyd edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, əmrə əsasən faciənin il dönümünün keçirilməsilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri görülmüş işlər barədə yanvarın 25-dək nazirliyə hesabat təqdim etməlidirlər. Qeyd edək ki, əmrin icrasına nəzarət nazir müavini Qulu Novruzova həvalə olunub.

 





11.01.2013    çap et  çap et