525.Az

Dünyanın ilk trilyoneri kim olacaq?


 

Dünyanın ilk trilyoneri kim olacaq?<b style="color:red"></b>

Credit Suisse proqnozunu açıqlayıb.

Microsoft-un qurucusu Bill Gates dünya tarixinin ilk trilyoneri ola bilər. Maliyyə mütəxəssislərinin proqnozlarına görə, hal-hazırda 77 milyard dollarlıq sərvətə sahib olan Gates, 25 ildən sonra sərvətini 1 trilyon dollara çatdırmış olacaq.
 
Hər şey qaydasında getsə, 58 yaşında olan Gates 83 yaşında dünyanın ilk trilyoneri ünvanını qazana biləcək.

Bu barədə Trend “Sputnik”a istinadən məlumat verir.

Credit Suisse-in proqnozlarına görə, bundan iki nəsil sonra dünyada ən azı 11 trilyoner olacaq. Bankın qənaətinə görə, iki nəsil sonra dünya əhalisinin 20%-nə bərabər olan 1 milyard insan milyoner statusuna qovuşacaq.

 





08.11.2015    çap et  çap et