525.Az

"İŞİD"ə qoşulmaq istəyən 14 Azərbaycan vətəndaşı saxlanıldı


 

"İŞİD"ə qoşulmaq istəyən 14 Azərbaycan vətəndaşı saxlanıldı<b style="color:red"></b>

Türkiyənin Adana vilayətində polisin antiterror əməliyyatları çərçivəsində 38 xarici vətəndaş saxlanılıb.

Trend Türkiyə mətbuatına istinadən məlumat verir ki, saxlanılan şəxslərin 14-ü Azərbaycan vətəndaşıdır.

İçərilərində 10 qadın ve 15 uşağın olduğu dəstənin Türkiyədən Suriyaya keçərək İŞİD terror qruplaşmasına qoşulmaq istədiyi bildirilir.

Saxlanılanlar arasında 14 azərbaycanlı ilə yanaşı, 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 1 İran və 1 Əfqanıstan vətəndaşı da var.

 





09.11.2015    çap et  çap et