525.Az

Fransa qəzeti Bakıdan yazdı


 

Fransa qəzeti Bakıdan yazdı<b style="color:red"></b>

Fransanın “Les dernières nouvelles d’Alsace” (Elzasdan son xəbərlər) qəzetində Jak Fortyenin Azərbaycan haqqında geniş məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın zəngin mədəniyyətindən və tarixi keçmişindən söz açan müəllif Bakının memarlıq incilərindən bəhs edir. O, Qız Qalası, Şirvanşahlar sarayı kimi tarixi abidələrlə yanaşı, xalçaçılıq sənətinin inkişafı və Xalça Muzeyi, eləcə də dünya şöhrətli memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verir.

Jak Fortye Bakının tarixinə toxunaraq şəhərin neftlə zəngin olduğunu diqqətə çatdırır.

Müəllif gənc müstəqil dövlət olan Azərbaycanın dünyada sənaye üsulu ilə neftin hasil edildiyi ilk ölkə olduğunu vurğulayır.

AzərTAc

 





10.11.2015    çap et  çap et