"Azəristiliktəchizat" ASC istilik və isti su üzrə tariflərin artırılmasına ehtiyac görmür.
Bunu Trend-ə ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.
Onun sözlərinə görə, tariflərin dəyişməsi prinsipcə Tarif (Qiymət) Şurasından asılıdır:
"Lakin biz istilik və isti su tariflərinin artırılması xahişi ilə Tarif Şurasına müraciət etməmişik və yaxın gələcəkdə də bu məsələ gündəmdə deyil".
çap et