525.Az

“Startap Günləri 2015”-in qalibləri mükafatlandırılıb


 

“Startap Günləri 2015”-in qalibləri mükafatlandırılıb<b style="color:red"></b>

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə Bakıda keçirilən “Startap günləri 2015” başa çatıb.

“Startap Azərbaycan” Təşkilat Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Startap günləri” çərçivəsində gənclərin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının yarışması keçirilib.
 
Startapçılar innovativ biznes ideyaları ətrafında komandalar formalaşdıraraq, ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayıblar.
 
Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Birinci yerə “MusicBeez”, ikinci yerə “Banging Games” , üçüncü yerə isə “Study Prog” layihələri layiq görülüb.

 





10.11.2015    çap et  çap et