525.Az

Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub


 

Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub<b style="color:red"></b> Silahlı Qüvvələrin hərbi qulluqçusu, polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumatda bildirilib.
 
Məlumata görə, onun Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.
 
Qeyd edilib ki, "bəzi kütləvi informasiya vasitələrində “Gizli dinləmələrin qalmaqalı” sərlövhəli “sensasiya” yazıları" yayıblar.
 
 
Nazirlik vurğulayıb ki, Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur:

“Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin  təminatı ilə məşğuldur".
 
Nazirlik növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək daha diqqətli və məsuliyyətli olmağı xahiş edir, qəsdən yalan və şayiələri yaymamağa çağırır.
 





10.11.2015    çap et  çap et