525.Az

Merilin Monronun portreti 36 milyon dollara satıldı


 

Merilin Monronun portreti 36 milyon dollara satıldı<b style="color:red"></b>

Amerikalı rəssam Endi Uorholun əl işi olan Merilin Monronun portreti Nyu-Yorkdakı "Christie`s" hərracında satılıb.

"Report" hərracın rəsmi saytına istinadən xəbər verir ki, "Dörd Merilin" adlı şəkil sahibinə 36 milyon dollara başa gəlib.

"Dörd Merelin" Uorholun ən məşhur əsərlərindən biridir. Bu portret sarı, bənövşəyi və füruzəyi tonlarda seriqrafiya (ekran çapı) texnikası ilə işlənilib.

Ümumilikdə "Christie`s"dəki "Müharibədən sonrakı və müasir incəsənət" hərracında 70 lot baş tutub və satılan incəsənət nümunələrinə toplam 332 milyon dollar xərclənilib.

Qeyd edək ki, Uorhol müasir incəsənətdə "kommersiya pop-art" adı almış cərəyanın yaradıcısıdır. Rəssam və fotoqraf kimi o, şou-biznes və siyasət nümayəndələrinin obrazları ilə çox işləyib. Elizabet Teylor, Cim Morrison, Mik Caqqer və Elvis Presli, eləcə də Mao Tszedun, Riçard Nikson və Con Kennedi kimi tanınan pop-art portretlər məhz Uorholun əl işləridir. O, yaradıcılığında seriqrafiya (ekran çapı) və ya trafaret çap texikasından yararlanıb ki, bu da eyni şəkildən bir neçə nüsxə yaratmağa imkan verib.

2013-cü ildə Bakıda Heydər Əliyev Mərkəzində Endi Uorholun əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

 





11.11.2015    çap et  çap et