525.Az

Müəllimlər İnstitutunda Konstitusiya Günü qeyd edildi


 

Müəllimlər İnstitutunda Konstitusiya Günü qeyd edildi<b style="color:red"></b> Bu gün Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü” münasibətilə dəyirmi masa keçirilib.
 
Universitetdən 525.az-a verilən məlumata görə,  tədbiri giriş sözü ilə institutun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Bilal Həsənli “Konstitusiyada təhsil”, İctimai fənlər kafedrasının müəllimləri Ramil Rüstəmov “Beynəlxalq hüquq anlayışı və onun siyasi əsasları”, Tohid Məmmədov “Azərbaycan konstitusiyasının yaranma tarixi” mövzularında məruzə ilə çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, konstitusiyada insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi mütərəqqi haldır.

Tədbirdə Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbələri Mahmudlu Sübhan “Azərbaycan konstitusiyasında vətəndaş hüquqları” və Quliyeva Ülkər “Dünya konstitusiyasında gender siyasəti” mövzularında çıxış ediblər. Milli konstitutsiyamızın qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən geniş miqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunduğunu vurğulayıblar.

Vəfa MƏMMƏDLİ
 





11.11.2015    çap et  çap et