525.Az

89 yaşlı Xalq şairinin səhhətindən xəbər var


 

89 yaşlı Xalq şairinin səhhətindən xəbər var<b style="color:red"></b>

Azərbaycanın 89 yaşlı qocaman Xalq şairi Söhrab Tahirdən xəbər var. 

Şairin oğlu Tahir Tahirinin  Modern.az saytına verdiyi açıqlamasında atasının səhhətinin orta kafi olduğunu bildirib. Onun sözlərinə görə, Xalq şairinin səhhəti əvvəlki kimidir:

“Hazırda atamın səhhətini orta-kafi kimi qiymətləndirmək olar. Əgər səhhəti  pisləşmirsə, bu onun sağalacağına ümid verir”.

Xatırladaq ki, Söhrab Tahir şəkərli diabetdən əziyyət çəkir. İl yarım bundan əvvəl diabetin yüksəlməsi səbəbindən iki ayaq barmağı amputasiya olunub.

 





11.11.2015    çap et  çap et