525.Az

40 dollarlıq "ana"


 

40 dollarlıq "ana"<b style="color:red"></b>

ABŞ-da 63 yaşlı qadın Nina Kenyalli saatı 40 dollara analıq edir.

Trend-in Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, qadın 40 dollar qarşılığında dərdləri dinləyir, yemək bişirir, məsləhətlər verir və birgə filmə baxır.

N.Kenyallinin bu işə başlamasının səbəbi həm ticarət, həm də humanizmdir. Qadın analıq etmək təkliflərini internet vasitəsilə alır.

Böyük marağa səbəb olan bu yeni xidmətin yeni peşəyə çevriləcəyini isə zaman göstərəcək.

 





11.11.2015    çap et  çap et