525.Az

"Tələbələrin təqaüdlərinin artırılması təqdirəlayiqdir"


 

"Tələbələrin təqaüdlərinin artırılması təqdirəlayiqdir"<b style="color:red"></b>

"Dövlət başçısı İlham Əliyevin ölkə vətəndaşlarının, xüsusilə də, Azərbaycanın gələcəyi, intellektual kapitalı olan gənclərin, tələbələrin sosial durumunun, maddi-rifah halının yaxşılaşdırılması istiqamətində addımları saya-hesaba gəlməzdir. Bu addımlardan növbətisi isə dünən atıldı, ölkə Prezidenti "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" mövcud sərəncamda dəyişikliklər edilməsi barədə sərəncam imzaladı".

Bu fikirləri Milli Məclisin (MM) deputatı, filologiya elmləri doktoru Jalə Əliyeva dilə gətirib. Onun sözlərinə görə, indiki reallıqda doktorantların, o cümlədən, ali və orta-ixtisas məktəbləri tələbələrinin təqaüdlərinin artırılması çox müsbət və təqdirəlayiq addımdır.

"Bu, həm də onun göstəricisidir ki, dünyada qlobal iqtisadi təlatümlər, sarsıntılar yaşanmasına baxmayaraq, hətta, növbəti ilin büdcəsində müəyyən azaldılmalar edilməsinə baxmayaraq, ölkə əhalisinin, xüsusilə, onun daim qayğıya və diqqətə ehtiyacı olan təbəqəsinin-tələbələrin sosial durumunun yaxşılaşdırılması, onların elmə, təhsilə həvəsinin daha da stimullaşdırılması Azərbaycan dövlətinin və ölkə Prezidentinin başlıca prioritet istiqmətlərindəndir.

Təsadüfi deyil ki, dövlət başçısı özü həmişə çıxışlarında vurğulayıb ki, Azərbaycan gəncliyi, savadlı və bilikli nəsil ölkənin gələcəyidir, intellektual kapitalıdır, bu istiqamətdə nə lazımdırsa, onlar edilməlidir və necə ki edilir də. Bu sərəncamın ən böyük özəlliklərindən və üstünlüklərindən biri də odur ki, ilk dəfə olaraq ödənişli təhsil alan gənclərin, tələbələrin təqaüdlə təmin olunması nəzərdə tutulur.  Bəlkə də Azərbaycan dünyanın yeganə ölkəsidir ki, məhz ödənişli təhsil alan tələbələr üçün təqaüd, büdcədən vəsait ayrılır. Bu, özü bir daha onu göstərir və sübut edir ki, bilikli, savadlı, elmli gənclik Azərbaycan dövlətinin baş məqsədlərindən biri və bəlkə də birincisidir.

Ona görə hesab edirəm ki, bu addım tələbələrimiz tərəfindən də birmənalı olaraq çox müsbət qarşılanacaq və bu, onların həm də məsuliyyətini, elmə, təhsilə olan həvəslərini  bir daha artırmış olacaq"-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.

KAMİL

 





12.11.2015    çap et  çap et