525.Az

KİVDF-dən yeni müsabiqə


 

KİVDF-dən yeni müsabiqə<b style="color:red"></b>

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyində fondun 31 dekabr  - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi və cari məsələlər durub.

Fondun icraçı direktoru Vüqar Səfərli 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunacaq növbəti ənənəvi müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edəcəyini bildirib.
 
Vüqar Səfərli müsabiqənin şərtlərinin olduğu kimi saxlanılmasını, hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu təklif edib. İcraçı direktor bildirib ki, ümumilikdə 19 istiqamət üzrə 114 nəfər jurnalistin mükafatlandırılması nəzərdə tutulur.

Sonra birinci məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən Rəşad Məcid və Müşviq Ələsgərli təklifi müsbət dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər.
 
Müzakirələrin yekununda müsabiqənin 2015-ci il noyabrın 13-dən dekabrın 15-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

 





12.11.2015    çap et  çap et