525.Az

Sabah sulu qar yağacaq


 

Sabah sulu qar yağacaq<b style="color:red"></b> Sabah Azərbaycan ərazisində yenidən hava nisbətən pisləşəcək, sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirblər ki, yanvarən 14-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında isə yanvarın 14-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir. Dağlarda isə gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir
 





13.01.2013    çap et  çap et