525.Az

MTN əməliyyat keçirdi


 

MTN əməliyyat keçirdi<b style="color:red"></b> MTN əməliyyat keçirib, iki nəfər saxlanılıb.

Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr İdarəsindən bildirilib. 

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.

Hazırda faktla bağlı araşdırmalar aparılır.
 





12.11.2015    çap et  çap et