Bu yaxınlarda Youtube kanalında "Ənənənin tarixi: Nizamidən Puççiniyə" (orijinalda - "The Story of Continuity: from Nizami to Puccini") adlı videoçarx yerləşdirilib.
Bu videoçarxda texniki və üslubi yeniliklərinə görə musiqi tarixində məxsusi yer tutan məşhur "Turandot" operasının Azərbaycan-slavyan mənşəli olduğu diqqətə çatdırılır. Operanı bitirməməsinə və ölümündən sonra -1926-cı ilin aprelində səhnələşdirildiyinə baxmayaraq bu, Cakomo Puççininin şah əsəri sayılır.
Operanın süjetinin Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında yazıldığı indiyədək naməlum qalırdı.
Bu videoçarxda opera ilə "Yeddi gözəl" əsəri arasındakı bağlılıqdan, "Turandot"un yazılma tarixçəsindən bəhs olunur.
Qeyd edək ki videorolikin müəllifi İtaliyada yaşayan həmyerlimiz Əsli Səmədovadır.
Firəngiz AĞALAR
çap et