525.Az

"İDEAL" şirkəti media və müştərilərlə açıq görüş keçirdi - Fotolar


 

"İDEAL" şirkəti media və müştərilərlə açıq görüş keçirdi - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycanın ən böyük parfum və kosmetika mağazalar şəbəkələrindən olan "İDEAL" media nümayəndələri, bu sektora aid araşdırmalar edən bloqerlər, eləcə də öz müştəriləri üçün açıq görüş keçirib.

Görüşün mövzusu Azərbaycan parfum və kosmetika bazarında "İDEAL" şirkətinin mövqeyi, yarandığı gündən əldə etdiyi nailiyyətlər və uğurlar, 2016-cı ildə olan planları, həmçinin son zamanlar parfum və kosmetika sektoru ilə bağlı yaranan bəzi streotiplər, yanlış təsəvvürlərin formalaşması ilə bağlı olub. Mətbuat konfransında 30-dan çox media nümayəndəsi iştirak edib.

"İDEAL" MMC-nin baş direktoru İlqar İsmayılov şirkətin yaranma tarixi, onun inkişaf dövrü, hazırkı fəaliyyəti və gələcək planları barədə qısa məlumat verib. O bildirib ki, "İDEAL" şirkəti 1999-cu ildən fəaliyyətə başlayıb. Hazırda şirkət 5100 kv.m çox sahəyə malik 12 mağazası ilə Bakıda və regionlarda fəaliyyət göstərir və gələcək planlarına bir neçə yeni mağazalar açmaq daxildir.

Bu dəfə mətbuat konfransı digərlərindən həm də İDEAL fikirlərlə fərqlənib. Beləki, foyedə jurnalistlər üçün "İDEAL" mağazalarında təqdim edilən bir neçə bred parfumlarla və onların qoxusu ilə tanış olmaq imkanı yaradılmışdı. Konfrans keçirilən zalda isə mağazada təqdim edilən və son zamanlar saxta olduğu yazılan bir çox məhsula xarici brendlərdən təqdim edilən sertifikatları nümayiş etdirilib.

Qeyd edək ki, "İDEAL" mağazalarında dünyanın 140-dan çox brendinin parfum,kosmetika və dəri üçün qulluq vasitələrini təqdim edir. Xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə 2014-cü ildə Azərbaycanda ilk dəfə olaraq öz işçiləri üçün "İDEAL Akademiya"nı yaradıb və bütün konsultantlar bu akademiyada satış texnikası, brendlər barədə məlumat və.s bağlı treninqlər keçir.

Şirkətin perspektiv planlarına 2016-cı ildə Bakı və regionlarda daha bir neçə mağaza açmaq, yerli bazarda təqdim edilməyən bir çox yeni brendləri Azərbaycan parfum və kosmetika sektoruna cəlb etmək və onları mağazalarında təqdim etmək daxildir. Həmçinin şirkət 2016-cı ildə müştərilərinə göstərdiyi xidmət səviyyəsini artırmaq və daha da yaxşılaşdırmaq üçün yeni loyallıq sistemlərinin işlənilməsinə, satış və servis təlimlərinə geniş yer verəcək.

Qeyd edək ki, şirkət mağazalar və onun fəaliyyəti ilə bağlı gün ərzində yaranan bütün suallara (012) 970 qaynar xətt nömrəsinə bildirməklə tez müddətdə cavab tapa bilərsiz.

Vəfa MƏMMƏDLİ

 





13.11.2015    çap et  çap et