525.Az

İncəsənət Universitetində Konstitusiya Günü qeyd edildi


 

İncəsənət Universitetində Konstitusiya Günü qeyd edildi<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Universitetdən verilən məlumata görə, ADMİU-nun tədris işləri üzrə prorektoru professor Validə Məmmədova Konstitusiya Günü münasibəti ilə hər kəsi təbrik edib.
 
Daha sonra hüquq üzrə fəlsəfə doktoru Dürdanə Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yazılı təbrikini oxuyub.

Dürdanə Məmmədovadan sonra aparat rəhbərinin müavini Şahin Rüstəmov çıxış edərək, Azərbaycan müstəqilliyi, ona gələn yol, Konstitusiyamızın yazılma və çap olunma tarixi haqqında geniş məlumat verib.

Qanunların qəbul olunması, dəyişiklik edilməsi qaydaları, Konstitusiyanın qoruyucusu olan Konstitusiya məhkəməsinin yaradılması, məhkəmənin məqsəd və vəzifələri, fəaliyyətindən danışıb.
 
Konfransda çıxış edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Konstitusiya, qanunların mahiyyəti, qanunvericiliyin hüquq mədəniyyəti, kütlənin hüquq mədəniyyəti, qəbul edilən qanunların həyata keçirilməsi şərtlərindən geniş şəkildə danışıb.

Vəfa MƏMMƏDLİ

 





13.11.2015    çap et  çap et