525.Az

Mirzə İbrahimov haqqında monoqrafiya çap olundu


 

Mirzə İbrahimov haqqında monoqrafiya çap olundu<b style="color:red"></b> AMEA-nın 70 illik yubileyi ilə əlaqədar akademiyanın ilk təsisçilərindən olan Mirzə İbrahimov haqqında yeni monoqrafiya işıq üzü görüb.
 
AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutundan APA-ya verilən xəbərə görə, “Mirzə İbrahimov” adlı kitabın müəllifi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
 
Monoqrafiyada AMEA-nın beşiyi başında duranlardan biri, görkəmli Azərbaycan yazıçısı, dramaturqu, publisisti, ictimai-siyasi xadim, akademik Mirzə İbrahimovun həyatı, elmi və elmi-təşkilati fəaliyyəti tədqiqat obyekti kimi önə çəkilib. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, kitabın baş məsləhətçisi və elmi redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
 





13.11.2015    çap et  çap et