525.Az

Aytac Babayevanı öldürən şəxs məhkəmədə ifadə verdi


 

Aytac Babayevanı öldürən şəxs məhkəmədə ifadə verdi<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, prosesdə şahid qismində Orxan Axundov ifadə verib. O, ifadəsində İzzət Hüseynov, Aytac Babayeva ilə sinif yoldaşı olduqlarını, Aytacla İzzətin bir-birini sevdiklərini deyib. Daha sonra məhkəmədə İzzət Hüseynov ifadə verib. O, ifadəsində Aytac Babayevanı sevdiyini, onu öldürmək fikrində olmadığını deyib. İ. Hüseynov  törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini bildirib.
 
Məhkəmə prosesi noyabrın 17-də davam edəcək.
 
Qeyd edək ki, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.
 





13.11.2015    çap et  çap et