525.Az

Güclü külək şimal bölgəsində fəsadlar törədib


 

Güclü külək şimal bölgəsində fəsadlar törədib <b style="color:red"></b>

Ötən gün güclü külək Xaçmaz və Quba rayonlarında bir sıra problemlər yaradıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, elektrik enerjisinin verilişində müəyyən problemlər yaranıb.
 
Xaçmazda bəzi yerlərdə elektrik dirəkləri aşıb. Şəhərin Heydər Əliyev küçəsində ağac aşıb.
 
Quba rayonu, Zərdabi qəsəbəsində isə külək avtoyuma məntəqəsinin dam örtüyünü uçurub.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 





14.11.2015    çap et  çap et