525.Az

Milli Kitabxanada treninqlər davam edir


 

Milli Kitabxanada treninqlər davam edir<b style="color:red"></b>

Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı M. F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mütəmadi olaraq təşkil edilən 10 günlük treninqlər davam edir.

Treninqə Qubadlı, Cəbrayıl, Samux, Qazax, Naftalan, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri və kitabxanaçıların ixtisasartırma kursunda iştirak edən nümayəndələr qatılıb.

Treninqçilər ALISA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənərək yerlərdə tətbiq edəcəklər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində mütəmadi olaraq təşkil edilən treninqlərin Milli Kitabxana və Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını iştirakçıların diqqətinə çatdırıb.
 
Bildirilib ki, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatlar təqdim ediləcək.

 





14.11.2015    çap et  çap et