525.Az

Elza Seyidcahan şikayətindən imtina etdi


 

Elza Seyidcahan şikayətindən imtina etdi<b style="color:red"></b>

Noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş Elza Seyidcahan seçkilərlə bağlı şikayətindən imtina edib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, E.Seyidcahan bu gün yazılı ərzilə ilə MSK-ya müraciət edərək şikayətini geri götürdüyünü bildirib. O, MSK rəhbərliyinə onun şikayətlərinə obyektiv yanaşdığı üçün təşəkkürünü bildirib.

 





14.11.2015    çap et  çap et