525.Az

ABŞ səfirliyinin əməkdaşları Azərbaycan Universitetində


 

ABŞ səfirliyinin əməkdaşları Azərbaycan Universitetində <b style="color:red"></b>

ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Emi Petersen və təhsil işləri üzrə mütəxəssis Ramina Mürşüdova Azərbaycan Universitetində olublar.

Universitetdən 525.az-a verilən məlumata görə, görüşdə rektor Fərid Əhmədov Azərbaycan Universitetinin fəaliyyətə başlaması və tarixi, qazandığı uğurlar, tədris olunan proqramlar və professor-müəllim heyəti haqqında məlumat verib.
 
Rektor qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğunlaşma və qabaqcıl texnologiyaların tədrisə tətbiqi sahəsində xeyli iş görülüb.
 
F.Əhmədov universitetin sıx beynəlxalq əməkdaşlıq əlaqələrinin olduğunu da diqqətə çatdırıb.

Qeyd edib ki, xarici ölkə universitetləri ilə ikitərəfli əlaqələrin qurulması və inkişafı, həmçinin beynəlxalq mübadilə proqramlarında iştiraka xüsusi əhəmiyyət verilir.

Rektor qonaqları Azərbaycan Universitetində tətbiq olunan beynəlxalq proqramlarla da tanış edib. Qonaqlar tələbə və müəllim heyəti üçün ABŞ tərəfindən təklif olunan mübadilə və digər müxtəlif proqramlar haqqında məlumat veriblər.

ABŞ-dan dəvət olunmuş professorların Azərbaycan Universiettində təhsil alan tələbələrə mühazirə oxuması, birgə tədbir və digər layihələrin həyata keçirilməsi, əməkdaşlığın digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

Görüşdə Azərbaycan Universitetini rektor Fərid Əhmədovla yanaşı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

 





16.11.2015    çap et  çap et