525.Az

AZAL Parisə aviareysləri ləğv etməyi planlaşdırmır


 

AZAL Parisə aviareysləri ləğv etməyi planlaşdırmır<b style="color:red"></b>

"Azərbaycan Hava Yolları" (AZAL) QSC yaxın vaxtlarda Parisə aviareysləri ləğv etməyi planlaşdırmır.

Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, ötən gün növbəti aviareys Parisə uğurla həyata keçirilib və təyyarə artıq Bakıya qayıdıb.

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində təqribən 130 nəfər ölüb.

 





16.11.2015    çap et  çap et