525.Az

2014-cü ildə terror aktları qurbanlarının sayı 80 faiz artıb


 

2014-cü ildə terror aktları qurbanlarının sayı 80 faiz artıb<b style="color:red"></b> 2014-cü ildə terror aktları qurbanlarının sayı 2013-cü illə müqayisədə 80 faiz artıb.
 
APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) Qlobal Terrorism İndeksi adlı hesabatında deyilir.
 
Qurumun məlumatına görə, 2014-cü ildə törədilən terror aktları nəticəsində 32 658 nəfər ölüb. Müqayisə üçün, 2000-ci ildə  3 min 329 nəfər terrorizmin qurbanı olub.
 
Ən çox insan həyatı aparan terror aktları Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriyada qeydə alının. Bu 5 ölkənin payına dünyada baş verən terror aktlarının 78 faizi düşür. İlk onluğa həmçinin Hindistan, Yəmən, Somali, Liviya və Tailand daxildir.
 





17.11.2015    çap et  çap et