525.Az

Pişiklər üçün kafe


 

Pişiklər üçün kafe<b style="color:red"></b>

Kanadanın Toronto şəhərində pişik sevərlərin arzuları reallaşıb. Belə ki, ölkənin bəzi şəhərində olduğu kimi, Torontoda da pişiklər üçün “TOT” kafesi açıldı.

AZƏRTAC Kanadanın cbc.ca xəbər saytına istinadla xəbər verir ki, kafenin işçi qrupu həftə sonunda açılış münasibətilə təmtəraqlı tədbir təşkil edəcək. Tədbir üçün dəvətnamələr artıq paylanılıb.

“TOT” kafesi həftə içi hər gün saat 10-dan axşam 8-dək işləyəcək. Kafedə pişiyinin menyusuna görə sahibi 8 ABŞ dolları ödəməlidir.

Pişiklər üçün nəzərdə tutulmuş obyekt adi kafe kimi də fəaliyyət göstərəcək. “TOT” kafesinin yaxın zamanlarda Kanadanın digər şəhərlərində də açılacağı bildirilir.

 





17.11.2015    çap et  çap et