525.Az

Rövnəq Abdullayev Türkmənistan prezidenti ilə görüşdü


 

Rövnəq Abdullayev Türkmənistan prezidenti ilə görüşdü<b style="color:red"></b> Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Aşqabad şəhərində keçirilən XX Beynəlxalq "Neft və Qaz Türkmənistan-2015" sərgi və konfransında iştirak üçün bu ölkəyə səfər edib.

"Report" Türkmənistan hökumətinə istinadən xəbər verir ki, səfər çərçivəsində R.Abdullayev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşüb.

Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən yanacaq-energetika sektorunda qarşılıqlı faydalı layihələrin reallaşdırılmasının perspektivləri müzakirə olunub.

Vurğulanıb ki, güclü enerji potensialı olan Azərbyacan və Türkmənistan karbiohidreogen ehtiyatlarından istifadə istiqamətində effektiv addımlar atır.

İki qonşu dövlətin bu sahədə səylərinin birləşdirilməsi hazırkı dövrün vacib məsələləri, Avropa və Asiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal davamlı inkişaf üçün şəraitin yaradılması kimi ən aktual problemlərin həlli üçün əlverişli zəmin yaradır.
 





18.11.2015    çap et  çap et