525.Az

Erməni hərbçi qarşı tərəfə qaytarıldı


 

Erməni hərbçi qarşı tərəfə qaytarıldı<b style="color:red"></b>

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il martın 22-də könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.

Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, Ermənistan tərəfindən prosesdə iştirak edən şəxslərin videoçəkiliş apardığı aşkar olunub.
 
Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları BQXK-ya müraciət edib və videoçəkilşin aparılmasının qarşısı alınıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

 





18.11.2015    çap et  çap et