Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlığı və Koordinasiya Agentliyi (TİKA) ilə ADMİU Tələbə Elmi Cəmiyyəti arasında yeni layihələrə imza atılıb.
ADMİU-nun rektoru, professor Fərəh Əliyeva, Sədaqət Əliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sara Muradova, Tələbə Elmi Cəmiyyətinin sədri Nərgiz Hüseynova, TİKA-nın Azərbaycandakı sədri, əməkdaşları, Memar Sinan Universiteti ilə görüşərək fikir mübadiləsi aparıblar.
Yaxın zamanda Universitet tələbələrinə Memar Sinan Universitetindən dəvət edilmiş müəllimlər tərəfindən ebru sənəti, əsərlərin bərpası, Osmanlı əlifbası, kino və televiziya ilə bağlı fənnlərdən kursların keçirilməsi nəzərdə tutulub. Kurslardan keçmiş tələbələrə sertifikatlar təltif olunacaq və aktivlik göstərmiş tələbələr (2-3 nefer) isə Memar Sinan Universitetində pulsuz magistr təhsili ilə təmin olunacaqdır.
Daha sonra isə TİKA-nın nəzdində universitet daxilində Azərbaycan və Türkiyə mədəniyyəti klubunun açılması və bu klubun tez-tez Türkiyə-Azərbaycan mədəniyyəti ilə bağlı layihələr, tədbir,konfranslar keçirdərək bu əməkdaşlığın daha da uzun müddətli və sıx olmasına şəraitin yaratmasından danışılıb.
çap et