525.Az

Azərbaycan və Türkiyə arasında daha bir dəmiryol xətti


 

Azərbaycan və Türkiyə arasında daha bir dəmiryol xətti<b style="color:red"></b>

Azərbaycan-Türkiyə sərhədindən Türkiyənin Qars şəhərinədək yeni dəmiryol xəttinin tikintisi Bakı-Tbilisi-Qars dəmiryol əlaqəsinin yaradılmasından sonra başlaya bilər.

Bu barədə bazar ertəsi Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Naxçıvan Muxtar Respublikası ilə Qarsı birləşdirəcək yeni dəmiryol layihəsi üzərində iş aparılır.

"Yeni dəmiryol layihəsi çox güman ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatdıqdan sonra həyata keçiriləcək", - Əzməmmədov deyib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu 2014-cü ildə istismara veriləcək.

 





15.01.2013    çap et  çap et