525.Az

Bakı-Gəncə aviareysləri davam etdiriləcək


 

Bakı-Gəncə aviareysləri davam etdiriləcək<b style="color:red"></b> "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşları davam etdirəcək.

AZAL-dan 525.az-a verilən məlumata görə, bir qədər əvvəl tələbatın aşağı olması səbəbindən bu marşrutla aviareyslərin dayandırılması planlaşdırılsa da, əhalinin müraciətləri nəzərə alınaraq bu günlərdə uçuşların davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Bakı-Gəncə-Bakı reysləri həftənin 3 günü "Embraer-170" tipli təyyarələrlə həyata keçiriləcək.

Qeyd edilib ki, reyslər həftənin III, V və VII günləri yerinə yetiriləcək.

Bu marşrutla bir istiqamətdə aviabiletin qiyməti 30 manat təşkil edir.
 





19.11.2015    çap et  çap et