525.Az

Bu gün Ümumdünya Tualet Günüdür


 

Bu gün Ümumdünya Tualet Günüdür<b style="color:red"></b> 2001-ci il noyabrın 19-dan etibarən Dünya Tualet günü qeyd edilir.

Lent.az-ın məlumatıına görə, Ümumdünya Tualet Günü dünyada tualetsiz qalan insanların problemini qabartmaq məqsədilə keçirilir.

Qeyd edək ki, Ümumdünya Tualet günü dünyanın 19 ölkəsində qeyd olunur.

BMT-nin araşdırmalarına görə, dünyada 2,5 milyard insan ayaqyolu problemindən əziyyət çəkir, hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir.

Təxminən 1 milyard insan hələ də ayaqyolu olmadığından təbii ehtiyaclarını küçələrdə ödəyirlər. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur.
 





19.11.2015    çap et  çap et