525.Az

Mirzə Kazım bəyin seçilmiş əsərləri çap edildi


 

Mirzə Kazım bəyin seçilmiş əsərləri çap edildi<b style="color:red"></b>

“Hədəf” nəşrlər evində Azərbaycanın görkəmli şərqşünası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən olan Mirzə Kazım bəyin seçilmiş əsərləri işıq üzü görüb.

Qurumdan 525.az-a verilən məlumata görə, ilk dəfə Azərbaycan dilində nəşr olunan kitabda uyğurların tarixini, bu adın etimologiyasını açan “Uyğurlar”, çox böyük dini hərəkat olan babiliyin tarixindən və hərəkatın banisi olan Babın kimliyindən bəhs edən “Bab və babilik”, həmçinin Qafqazda böyük tarixi şəxsiyyət kimi tanınan Şeyx Şamil haqqında əhəmiyyətli faktları özündə ehtiva edən “Müridizm və Şamil” məqalələri toplanıb.

Kitabın tərcüməçisi İsmayıl Umudlu, redaktorları isə filologiya üzrə fəlsəfə doktorları Şəmil Sadiq və Nərgiz Cabbarlıdır.

 





20.11.2015    çap et  çap et