525.Az

Nurçulara qarşı əməliyyat


 

Nurçulara qarşı əməliyyat<b style="color:red"></b>

Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Yasamal rayonunda nurçuluq təriqətinin üzvlərinə qarşı əməliyyat keçirib.
 
“Report”un əldə etdiyi məlumata görə, Moskva prospekti ev-75, mənzil 78 ünvanına baxış zamanı nurçuluğu təbliğ edən 70-dən artıq ədəbiyyat aşkarlanıb.

Bundan başqa, nurçuluq təriqətinin 10-dan artıq üzvü saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 





20.11.2015    çap et  çap et