525.Az

Səfir azərbaycanlı tələbələrlə görüşdü - Fotolar


 

Səfir azərbaycanlı tələbələrlə görüşdü - <b style="color:red">Fotolar</b>

Noyabrın 18-də Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bu il Macarıstanın müxtəlif ali məktəblərinə qəbul olunmuş azərbaycanlı tələbələrlə səfirlikdə görüş keçirib.
 

Səfirlikdən 525.az-a verilən məlumata görə, V.Quliyev Azərbaycan-Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlər barəsində ətraflı məlumat verib.

Təxminən 60 nəfər tələbə soydaşlarımız qarşısında çıxış edən səfir ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və təhsil sahəsi üzrə əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından bəhs etmiş, ötən ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Budapeştə işgüzar səfəri və onun uğurlu nəticələri haqqında danışıb. İki ölkə arasında strateji əməkdaşlıq sazişinin imzalanmasını böyük uğur adlandıran V.Quliyev, sazişin mövcud münasibətləri daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Səfir Ermənistanın işğalı altında olan tarixi Azərbaycan şəhərləri - Ağdam və Şuşa ilə Macarıstanın Tisavaşvari və Döndöş şəhərləri arasında qardaşlaşma sazişlərinin imzalanması barəsində tələbələrə məlumat verib və sazişlərin Dağlıq Qarabağ həqiqətlərinin macar ictimaiyyətinə çatdırılmasındakı mühüm rolundan bəhs edib.

V.Quliyev Macarıstanda təhsil alan gəncləri Macarıstan cəmiyyətində daha aktiv rol oynamağa dəvət edib, ölkəmizi təbliğ etmək və iki ölkə, eləcə də xalqlarımız arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət göstərməyin vacibliyini vurğulayıb. Səfir tələbələri səfirliyin təşəbbüsü və dəstəyi ilə 2012-ci ildə yaradılmış Azərbaycan-Macarıstan gənclər təşkilatı ilə aktiv əməkdaşlıq etməyə çağırıb.

Sonda, tələbələrin təklifləri və problemləri dinlənilib, sualları cavablandırılıb, görüş qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

 





20.11.2015    çap et  çap et